Miqrasiya Departamentinin əməkdaşları 27 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya nəticəsində, son günlər ərzində 27 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
“Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Hindistan, Azərbaycan, Çin, Tayland, Türkmənistan, Almaniya, Pakistan, Misir, İsrail və Livanın ümumilikdə 27 vətəndaşı.
Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.