Miqrasiya Departamentinin əməkdaşları 26 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Miqrasiya Departamentinin əməkdaşları 26 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlərdə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 26 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədən aşağıdakı ölkələrin vətəndaşları çıxarılıb: Hindistan, Qırğızıstan, İran, Rusiya, Pakistan, Türkmənistan, Türkiyə, Tacikistan, Banqladeş və İraq – ümumilikdə 26 nəfər. Qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya olunmuş şəxslərə Gürcüstana daxilolma qadağası tətbiq olunub.

“Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə cavabdeh qurumdur. Onun səlahiyyətlərindən biri Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyənləşdirilməsi və onların ölkədən çıxarılmasının həyata keçirilməsidir,” – deyilir DİN-in məlumatında.