Miqrasiya Departamentinin əməkdaşları 25 xarici vətəndaşı Gürcüstandan çıxarıblar
Miqrasiya Departamentinin əməkdaşları 25 xarici vətəndaşı Gürcüstandan çıxarıblar

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin aidiyyəti strukturlarının sıx koordinasiyası ilə son günlərdə keçirilən kompleks tədbirlər çərçində Gürcüstandan 25 xarici vətəndaşın çıxarılması həyata keçirilib.

Ölkədən çıxarılmış şəxslər bunlardır: Azərbaycan, Misir, Türkiyə, Hindistan, İordaniya, İran, Nigeriya, Pakistan, Rusiya, Ermənistan və Çin vətəndaşları – ümumilikdə 25 nəfər. Mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılmış şəxslərə Gürcüstana giriş qadağası qoyulub.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh qurumdur. Onun səlahiyyətlərindən biri Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və onların ölkədən çıxarılmasıdır.