Miqrasiya Departamentinin əməkdaşları 15 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Miqrasiya Departamentinin əməkdaşları 15 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlərdə həyata keçirilən kompleks tədbirlər çərçivəsində Gürcüstandan 15 xarici ölkə vətəndaşı çıxarılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Onların məlumatına əsasən, Gürcüstandan Türkiyə, Nigeriya, Türkmənistan, Çin, Hindistan, İordaniya, Misir, Rumıniya, Banqladeş, Livan, İran və Rusiyanın ümumilikdə 15 vətəndaşı çıxarılıb.

“Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib. Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının müəyyən edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – DİN-in məlumatında deyilir.