Miqrasiya Departamentinin əməkdaşları 13 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə, son günlər ərzində 13 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.
Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkmənistan, İran, Kuba, Türkiyə, Tayland və Azərbaycanın ümumilikdə 13 vətəndaşı.
Qeyd edilməlidir ki, ötən il ərzində Gürcüstandan çıxarılan xarici ölkə vətəndaşlarının ümumi göstəricisi 1311 nəfər təşkil edib.
Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin səlahiyyətlərindən biri, intensiv rejimdə aparılan miqrasiya nəzarəti və digər xüsusi tədbirlər vasitəsilə Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların Gürcüstandan çıxarılmasıdır.