Miqrasiya Departamentinin əməkdaşları 121 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya nəticəsində 121 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən ay ərzində keçirilən kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Hindistan, İran, Türkiyə, Pakistan, İraq, Misir, Livan, Mərakeş, Filippin, İordaniya, Banqladeş, Çad, Kot d’İvuar, Rumıniya, Rusiya, Nigeriya və digər ölkələrin ümumilikdə 121 vətəndaşı.
Onların məlumatına əsasən, mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.
“Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.