Miqrasiya Departamentinin əməkdaşları 113 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

11:15, 11.08.2026

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində keçirilən tədbirlər nəticəsində 113 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.

Qurumun məlumatına əsasən, Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Ermənistan, Çin, Keniya, Kuba, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Misir, Efiopiya, İordaniya, Nepal, Nigeriya, Pakistan, Tayland və digər dövlətlərin ümumilikdə 113 vətəndaşı.

Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.

Oxşar