Miqrasiya Departamentinin əməkdaşları 105 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində keçirilən tədbirlər nəticəsində 105 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.
“Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Hindistan, Çin, Rusiya, Türkmənistan, Azərbaycan, İordaniya, Mərakeş, Banqladeş, Myanma, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Belarus, Misir, Livan, Nepal, Sudan və digər dövlətlərin ümumilikdə 105 vətəndaşı.
Qeyd edilməlidir ki, cari ilin statistik göstəricilərinə əsasən, Miqrasiya Departamentinin əməkdaşları Gürcüstanda qanuni əsas olmadan olan 806 xarici ölkə vətəndaşını ölkədən çıxarıblar” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.