Miqrasiya Departamenti və Sərhəd Polisinin əməkdaşları Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkənin 5 vətəndaşını saxlayıblar
Miqrasiya Departamenti və Sərhəd Polisinin əməkdaşları Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkənin 5 vətəndaşını saxlayıblar

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisinin əməkdaşları birgə keçirilən tədbir nəticəsində Banqladeş, Nigeriya və İranın ümumilikdə 5 vətəndaşını saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunduğu üzrə, saxlanılan şəxslərin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununu nəzərə almaqla, hüquqi əsas olmadan ölkə ərazisində olduqları müəyyən edilib.

“Onlar sığınacaq proseduru ilə nəzərdə tutulmuş müddətlərdən sui-istifadə edirdilər və ölkədə illər boyu hüquqi əsas olmadan qalırdılar.

Saxlanılan şəxslər deportasiya qərarı ilə müəyyən edilmiş müddətlərdən istifadə etməyiblər, bu isə ölkəni könüllü tərk etməyi nəzərdə tutur. Nəticədə, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən bu şəxslərin saxlanılması barədə qərar qəbul edib.

Qərarın icrası məqsədilə, saxlanılan şəxslər daha sonra mənşə ölkələrinə qayıtmaları məqsədilə hazırda Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər” – qurumun məlumatında qeyd olunub.