Miqrasiya Departamenti tərəfindən həyata keçirilən xüsusi miqrasiya nəzarəti tədbiri nəticəsində xarici ölkənin 14 vətəndaşını saxlayıblar
Miqrasiya Departamenti tərəfindən həyata keçirilən xüsusi miqrasiya nəzarəti tədbiri nəticəsində xarici ölkənin 14 vətəndaşını saxlayıblar

 

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları xüsusi miqrasiya nəzarəti tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, əldə edilmiş məlumat əsasında, tədbir çərçivəsində departamentin əməkdaşları tərəfindən konkret məkanlar yoxlanılıb, bu da Gürcüstanda qanuni əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkarlanmasına xidmət edirdi.

“Kompleks tədbirlər nəticəsində xarici ölkənin 14 vətəndaşı saxlanılıb. Onların arasında Hindistan, Nepal, Pakistan və Liviya vətəndaşları var. Onların “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstanın qanunu ilə müəyyən edilmiş tələbləri pozmaqla ölkədə olması müəyyən edilib.

Hazırda, qeyd olunan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar aparılır.

Miqrasiya Departamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstanın qanununun səmərəli icrasını təmin etmək üçün müntəzəm şəkildə xüsusi miqrasiya nəzarəti tədbiri keçirəcək” – DİN-in məlumatında qeyd olunub.