Miqrasiya Departamenti son günlər ərzində 57 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb
Miqrasiya Departamenti son günlər ərzində 57 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində 57 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Onların məlumatında, cari ilin yanvarında Gürcüstandan 232 xarici ölkə vətəndaşının çıxarıldığı deyilir.

“Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Hindistan, Tayland, Rusiya, Çin, Kuba, Azərbaycan, Banqladeş, İran, Özbəkistan, Yəmən, Yunanıstan, Əlcəzair, Misir, Türkmənistan, İordaniya, İsrail, Mərakeş, Nepal, Nigeriya və Suriya vətəndaşları.

Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.