Miqrasiya Departamenti Gürcüstandan 85 xarici ölkə vətəndaşını deportasiya edib

10:42, 26.08.2026

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər ərzində 85 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.
Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Azərbaycan, Rusiya, Misir, Belarus, Özbəkistan, Efiopiya, İordaniya, Kuba, Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Tailand, Filippin və digər ölkələrin ümumilikdə 85 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən Gürcüstandan artıq 2726 qanunsuz miqrant deportasiya edilib. Bu rəqəm ötən ilin ümumi göstəricisindən iki dəfə çoxdur.

Oxşar