Miqrasiya departamenti Gürcüstandan 78 xarici ölkə vətəndaşını deportasiya edib
Miqrasiya departamenti Gürcüstandan 78 xarici ölkə vətəndaşını deportasiya edib

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər həyata keçirilmiş tədbirlər nəticəsində 78 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər. Bu barədə məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərə ölkəyə giriş qadağası tətbiq olunub.

“Miqrasiya Departamenti tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən deportasiya edilənlər: Azərbaycan, Belarus, Almaniya, Misir, Zimbabve, Türkiyə, Türkmənistan, Yəmən, Hindistan, Konqo, Nigeriya, Rusiya, Cənubi Afrika, Ermənistan, Qırğızıstan və Çin vətəndaşları olmaqla ümumilikdə 78 nəfərdir”, – deyə məlumatda bildirilir.