Miqrasiya Departamenti 91 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb

11:42, 10.11.2026

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiya ilə son günlər ərzində 91 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.

Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, Pakistan, İordaniya, Ermənistan, Tayland, Tacikistan, Misir, Hindistan, Konqo, Nigeriya, Sudan, Uqanda, Filippin, Çin, İraq və digər dövlətlərin ümumilikdə 91 vətəndaşı.

Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cari ildə Miqrasiya Departamentinin əməkdaşları tərəfindən ölkədən 3 700-dən çox şəxs çıxarılıb.

Oxşar