Miqrasiya Departamenti 67 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb

11:26, 18.08.2026

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində keçirilən tədbirlər nəticəsində 67 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.

Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Hindistan, Misir, Rusiya, Azərbaycan, Kuba, Ermənistan, Pakistan, Özbəkistan, Belarus, Türkmənistan, Livan, Moldova, Nepal, Nigeriya, Şri-Lanka, Çin və digər dövlətlərin ümumilikdə 67 vətəndaşı.

Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar