Miqrasiya Departamenti 57 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində 57 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.
Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Türkmənistan, Hindistan, Azərbaycan, Rusiya, Belarus, Misir, İraq, Nigeriya, Kuba, Ermənistan, Böyük Britaniya, İran, Moldova, Sudan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Çinin ümumilikdə 57 vətəndaşı.
Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.