Miqrasiya Departamenti 43 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində 43 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, bu il Gürcüstandan çıxarılan şəxslərin ümumi göstəricisinin 1200 nəfər təşkil etməsi qeyd edilməlidir.
“Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Rusiya, Hindistan, İran, Türkiyə, Türkmənistan, Pakistan, Misir, Azərbaycan, Banqladeş, Efiopiya, İordaniya və Tacikistanın ümumilikdə 43 vətəndaşı.
Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və intensiv rejimdə aparılan immiqrasiya nəzarəti və digər xüsusi tədbirlər vasitəsilə onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.