Miqrasiya Departamenti 39 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb
Miqrasiya Departamenti 39 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya nəticəsində, son günlər ərzində 39 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Onların məlumatına əsasən, cari ildə Gürcüstandan ümumilikdə 1243 nəfər çıxarılıb.

“Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Hindistan, Türkiyə, Banqladeş, Çin, İran, Rusiya, Keniya, Türkmənistan, Pakistan, Misir, Nigeriya, Sudan, Syerra-Leone, İordaniya və Özbəkistanın ümumlikdə 39 vətəndaşı.

Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. İmmiqrasiya nəzarəti və digər xüsusi tədbirlər vasitəsilə, Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların Gürcüstandan çıxarılması onun səlahiyyətlərindən biridir” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.