Miqrasiya Departamenti 20 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb
Miqrasiya Departamenti 20 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə Gürcüstandan 20 xarici ölkə vətəndaşı çıxarılıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, son günlərdə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ölkədən çıxarılıb Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailandın ümumilikdə 20 vətəndaşı.

“Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib. Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.