Miqrasiya Departamenti 107 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində keçirilən tədbirlər nəticəsində 107 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.
Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya, Tayland və digər dövlətlərin ümumilikdə 107 vətəndaşı.
Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.
Bu il Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3300 nəfərə yaxın şəxs ölkədən çıxarılıb.