Miqrasiya Departamenti 102 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində keçirilən tədbirlər nəticəsində 102 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.
Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Pakistan, Türkmənistan, Özbəkistan, Hindistan, Azərbaycan, Türkiyə, Rusiya, Tayland, Filippin, Əlcəzair, Misir, İordaniya, Sudan, Livan, Nigeriya, Çin, Qazaxıstan və digər dövlətlərin ümumilikdə 102 vətəndaşı.
Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.