Miqrantların İspaniyanın Melilla anklavına hücum etmək cəhdləri zamanı 18 nəfər həlak oldu
Miqrantların İspaniyanın Melilla anklavına hücum etmək cəhdləri zamanı 18 nəfər həlak oldu. “BBC”-nin məlumatına görə, 2000-ə yaxın Afrikalı miqrant Mərakeş və İspaniyanın Melilla anklavı arasındakı sərhədi keçməyə cəhd etdi. Nəticədə 18 nəfər həlak oldu, onlarla insan yaralandı.
İspaniya hakimiyyət orqanlarının məlumatına görə, insident nəticəsində 130-a yaxın miqrant Melilla ərazisinə qanunsuz daxil ola bildi. Şahidlərin sözlərinə görə, hücum edənlər “mütəşəkkil və aqressiv” idilər.
İspan sərhədçiləri ilə yanaşı Çərakeşlilər də miqrantların qarşısını almağa çalışırdılar.
Mərakeş rəsmilərinin məlumatına görə, miqrantların bir hissəsi hasardan yıxılaraq ödü. 200-dən çox insan yaralanıb. Onların arasında 140 hüquqmühafizə orqanı əməkdaşı və 70 miqrant var.
Seuta və Melilla Avropa İttifaqı və Afrika arasındakı yeganə quru sərhədini keçən İspaniya anklavlarıdır.