"Meymun Çiçəyinə" yoluxma hallarının artması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı qlobal sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan etdi
“Meymun Çiçəyinə” yoluxma hallarının artması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı qlobal sağlamlıq vəziyyətində fövqəladə vəziyyət elan etdi.
Qərb mətbuatının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının bu qərarı dünyada “meymun çiçəyinə” yoluxma hallarının artması ilə bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatı virusla bağlı fövqəladə hallar komitəsinin ikinci iclası başa çatdıqdan sonra fövqəladə vəziyyət elan etdi.
Birləşmiş Millətlər Təşkilatının Səhiyyə Təşkilatının rəhbəri, Tedros Adhanom Qebreyesusun sözlərinə görə, 75 ölkədə 16 mindən çox yoluxma halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “meymun çıçəyi” riski qlobal miqyasda və riski yüksək qiymətləndirdiyimiz Avropa bölgəsi istisna olmaqla, bütün bölgələrdə orta səviyyədədir”, – Qebreyesus bəyan etdi.
Hal-hazırda dünyada yalnız iki belə fövqəladə sağlamlıq vəziyyəti var – koronavirus pandemiyası və poliomielitin aradan qaldırılması üçün davam edən səylər.