Metyu Miller - Gürcüstan hökumətinin hərəkətlərindən hələ də ciddi şəkildə narahatıq, ona görə yeni sanksiyalar tətbiq etdik, yardımı və strateji əlaqələri dayandırdıq
Gürcüstan hökumətinin hərəkətlərindən hələ də ciddi şəkildə narahatıq – bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, Amerika Birləşmiş Ştatlarının məhz bu səbəbdən sanksiyalar tətbiq etdiyini, yardımı və strateji əlaqələri dayandırdığını bildirib.
“Gürcüstan hökumətinin öz əhalisinə təzyiq və dayandıqları demokratik, Avro-Atlantik inteqrasiya yolundan dönmək kimi hərəkətlərindən hələ də ciddi şəkildə narahatıq. Məhz bu səbəbdən Gürcüstan hökumətinin üzvlərinə qarşı yeni sanksiyalar tətbiq etdik, Gürcüstan hökumətinə göstərməli olduğumuz yardımı və onlarla strateji əlaqələrimizi dayandırdıq” – Miller bildirib.