Metyu Miller - Cümə günü Gürcüstan hökuməti ilə əlaqəli 20 nəfərə yeni viza məhdudiyyətləri tətbiq etdik, yaxın həftələrdə qəbul etməyə hazırlaşdığımız başqa tədbirlərimiz olacaq
Gürcüstan demokratiyasının vəziyyətindən, “Gürcü Arzusu”nun demokratiyanı sarsıtmaq üçün etdiyi hərəkətlərdən olduqca narahatıq – bu haqda ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə jurnalist Aleks Raufoğlunun sualına cavab olaraq deyib.
“Bu cümə günü hökumətlə əlaqəli olan və ölkədə demokratiyanın sarsıdılmasına görə məsuliyyət daşıyan 20 nəfərə yeni viza məhdudiyyətləri tətbiq etdiyimizi gördünüz və yaxın həftələrdə qəbul etməyə hazırlaşdığımız başqa tədbirlərimiz olacaq” – Miller bildirib.
Jurnalist Aleks Raufoğlu Dövlət Departamentinin bundan əvvəl viza məhdudiyyətlərinin iki paketini qəbul etdiyinə, lakin bunun işə yaramamasına dair Millerə müraciət edib.
“Aydın şəkildə bəyan etdiyimiz kimi, yaxın həftələrdə tətbiq etməyə hazırlaşdığımız başqa sanksiyalarımız da var” – Miller əlavə edib.
Jurnalist Aleks Raufoğlu Millerə deyib: “Kapitolidən tənqid eşidilir ki, siz küçədə nümayişçiləri ruhdan salırsınız”.
Miller qeyd edib ki, əlavə sanksiyalar paketi hazırlanır, lakin bu sanksiyaların qanuna əməl olunmaqla tətbiq edilməsinə əmin olmaq lazımdır.
“Dövlət katibi Entoni Blinkenin bəyanatı və yaxın həftələrdə tətbiq edəcəyimiz əlavə sanksiyalar paketi hazırladığımıza dair cümə günü verdiyim bəyanatım daxil olmaqla, bu barədə daha aydın ola bilməzdik. Bu, bir həftəyə edə biləcəyin bir iş deyil. Əmin olmalısan ki, bu sanksiyaları qanuna əməl etməklə tətbiq edirsən və bu, biz indi danışarkən belə üzərində işlədiyimiz məsələdir” – Miller bildirib.