Metyu Miller – Biz Gürcüstan qanunverici orqanında işlənən qanunvericilikdən narahatıq

11:04, 03.05.2024

Hazırda Gürcüstanın qanunvericilik orqanında işlənməkdə olan qanunvericilik bizi çox narahat edir. – ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bunu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı deyib.

“Biz həmçinin narahatıq və hökumət rəsmilərinin qanunvericiliyi və anti-Qərb ritorikasını müdafiə etmək üçün istifadə etdikləri yalan rəvayətləri pisləyirik”. “Gürcü arzusu”nun liderləri Gürcüstanı şübhəli trayektoriyaya sürükləyiblər ki, bu da Gürcüstanın Avro-Atlantik yolunu təhdid edir və ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirir. Bu, hələ də qanun layihəsidir və mən həyata keçirə biləcəyimiz konkret cavabları şərh etmək fikrində deyiləm, lakin düşünürəm ki, biz bu məsələyə nə qədər ciddi yanaşdığımızı və nə qədər narahat olduğumuzu kifayət qədər aydın şəkildə göstərmişik”, – Metyu Miller bildirib.

Metyu Miller ABŞ dövlət katibinin bu məsələlərdə nə dərəcədə iştirak etdiyi barədə suala belə cavab verib: “Mən sizə əminliklə deyə bilərəm ki, o, diqqətlə izləyir. O, dünyanı, müxtəlif ölkələrdə gəzsə də, bu, onun mütəmadi olaraq məlumat aldığı bir məsələdir”.

Oxşar