Metyu Miller – ABŞ “Qələbə planı” və digər məsələlərdə Ukrayna ilə əməkdaşlıq edir

10:58, 17.10.2024

 
ABŞ “Qələbə planı” və digər məsələlərdə Ukrayna ilə əməkdaşlıq edir – bu haqda ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Miller, Zelenskinin amerikalı həmkarı Co Baydenə təqdim etdiyi planda ABŞ hakimiyyətinin hansı “məhsuldar addımları” gördüyünü dəqiqləşdirməyib.

Həmçinin, Metyu Miller ABŞ-ın bu təşəbbüsdə hansı bəndləri dəstəklədiyini dəqiqləşdirməyib.

“Müxtəlif detallar haqda danışmağı planlaşdırmıram, sadəcə onu deyim ki, biz bu plan üzrə Ukrayna hökuməti ilə əməkdaşlığı davam etdirəcəyik. Əminəm ki, bu, Bayden və Zelenski arasında telefon danışığı zamanı mövzulardan biri olub. Biz, fikrimizcə, Ukraynanın döyüş meydanında qalib gəlməsinə və ədalətli sülhü təmin etməsinə kömək edəcək məsələlərdə onlarla əməkdaşlığı davam etdirəcəyik” – Miller qeyd edib.

Dünən, Volodimir Zelenski “Qələbə planı”nın təfərrüatları ilə ukraynalı deputatları tanış edib. Deputat Aleksey Qonçarenkonun verdiyi məlumata əsasən, plan beş bənddən ibarətdir və faktiki olaraq “Rusiyanı sülhə məcbur etmək planıdır”. Planın birinci bəndi Ukraynanın dərhal NATO-ya dəvət edilməsini nəzərdə tutur.

Oxşar