Mette Frederiksen: Qrenlandiyalılar amerikalı olmaq istəmirlər. Öz gələcəklərinə məhz Qrenlandiya xalqı qərar verməlidir. Qrenlandiya satılmır
“Qrenlandiya hökuməti və Qrenlandiya xalqı dəfələrlə bəyan edib ki, amerikalı olmaq istəmirlər”, – deyə Frederiksen bildirib.
Onun sözlərinə görə, bu mesajı bu gün də təkrarlamaq mümkündür.
“Ümid edirəm ki, bu məsələ ilə bağlı heç kimin şübhəsi yoxdur – nə ABŞ-da, nə də dünyanın qalan hissəsində. Öz gələcəyinə məhz Qrenlandiya xalqı qərar verməlidir. Və əlbəttə ki, Qrenlandiya satılmır”, – deyə Danimarka hökumətinin başçısı bildirib.
Qeyd edək ki, Donald Tramp adanın ABŞ bayrağı altında göstərildiyi xəritəni paylaşdıqdan sonra İslandiyanın xarici işlər idarəsinə ABŞ-ın səfiri çağırılıb. Tramp bu xəritəni niyə paylaşdığını açıqlamayıb.
Bununla yanaşı, sentyabrın 7-də Qrenlandiya, Danimarka və Avropa İttifaqı investisiya sazişi imzalayıb. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı növbəti iki il ərzində Qrenlandiyaya əlavə 200 milyon avro sərmayə yatıracaq.