Metronun “Varketili” stansiyası martın 16-dan sərnişinlərə adi rejimdə saat 06:00-dan 00:00-dək xidmət göstərəcək
Metronun “Varketili” stansiyası martın 16-dan sərnişinlərə adi rejimdə saat 06:00-dan 00:00-dək xidmət göstərəcək

 

Metronun “Varketili” stansiyasında cari bərpa işlərinin əsas hissəsi başa çatıb, nəticədə də stansiya martın 16-dan sərnişinlərə adi rejimdə saat 06:00-dan 00:00-dək xidmət göstərəcək. Məlumatı Tbilisinin Meriyası yayır.

Meriyanın məlumatına əsasən, metro stansiyasının məhdud qrafikinə görə müvəqqəti olaraq təyin olunmuş və sərnişinləri “Varketili”dən metronun “Samgori” stansiyasına və əks istiqamətdə daşıyan N174 avtobusu martın 16-dan ləğv ediləcək.

Metronun “Varketili” stansiyasının aşağı platformasında dəmir-beton tağın bərpa işləri həyata keçirilib. Xüsusilə, tavanın korroziyaya uğramış və zədələnmiş səthləri təmizlənib və işlənib; tağın arxasında olan boşluqlar xüsusi texniki məhlullarla doldurulub/möhürlənib; üstəlik, yeraltı suların sızmasının qarşısını almaq məqsədilə dəmir-beton tağın temperatur yivləri və tikişləri, eləcə də maili eskalator tunelindəki çuqun bərkidicilər təmizlənib və hermetik şəkildə bağlanıb.

Bununla yanaşı, aşağı platformanın və maili eskalator tunelinin üzləmə işləri başa çatdırılıb. Hazırda yuxarı vestibülün zədələnmiş konstruksiyalarının (daşıyıcı dəmir-beton rigellərin) bərpası layihəsi hazırlanır, bundan sonra da birbaşa bərpa/möhkəmləndirmə işləri başlayacaq” – məlumatda qeyd olunub.

Meriyanın məlumatına əsasən, bərpa işlərinin bu ilin yayında başa çatdırılması planlaşdırılır.