Metro maşinisti - 2019-cu ildə maaşların artacağı barədə rəsmi razılaşmaya nail olunduğu halda, işimizi sabahdan davam edəcəyik
Əgər tərəflər arasında, rəsmi razılaşma imzalansa ki, 2019-cu ildə maaşlarımız artacaq, biz öz işimizə sabahdan qayıdacağıq – bu barədə bəyanatı Tbilisi meriyasına qarşı etiraz edən metro maşinistlərindən biri Zaza Barbakadze verdi.
“Biz dərhal maaşlarımız artsın deyə tələb irəli sürməmişik, sadəcə olaraq, bizə rəsmi sənəd lazımdır, ki tələbimiz 2019-cu ildə qüvvəyə minəcək. Əgər tərəflər arasında rəsmi sənəd qoyulsa işimizə sabahdan davam edəcəyik, amma saat 06:00-dan deyil, saat 08:00-dan, çünki əməkdaşlarımızı əksəriyyəti etiraz olaraq, aclıq elan etmişdi və biraz dincəlməlidirlər” – dedi Zaza Barbakadze.
Tbilisi metropoliteni artıq iki gündür dayanıb.
Metro maşinistləri etiraz olaraq, işləməkdən imtina etdilər.
Onlar maaşlarının artmalarını tələb edirlər.