Metiu Uitaker - Avropa tərəfindən dondurulmuş rus aktivlərinin müsadirəsi Ukrayna üçün mühüm addım olacaq
Metiu Uitaker - Avropa tərəfindən dondurulmuş rus aktivlərinin müsadirəsi Ukrayna üçün mühüm addım olacaq

 

ABŞ-nin NATO-dakı səfiri Metiu Uitaker avropalı müttəfiqləri Moskvaya qarşı daha aqressiv yanaşmağa çağırır. “Bloomberg”in yazdığı kimi, bu, dondurulmuş rus aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə ilə bağlı danışıqların daha da intensivləşdiyi bir vaxta təsadüf edir.

Uitakerin “Bloomberg”ə müsahibəsində dediyi kimi, Avropa tərəfindən dondurulmuş rus aktivlərinin müsadirəsi Ukrayna üçün illər ərzində onu iqtisadi, eləcə də hərbi nöqteyi-nəzərdən maliyyələşdirəcək mühüm addım olacaq. Bundan başqa, ABŞ-nin NATO-dakı səfiri oxşar qərarın daha aqressiv Avropaya doğru addım olacağını deyib.

“Bu, təkcə Ukraynanı bir neçə il ərzində iqtisadi, eləcə də hərbi nöqteyi-nəzərdən maliyyələşdirmək üçün böyük addım olmayacaq, düşünürəm ki, bu, həm də yeni addıma – daha aqressiv Avropaya işarə edir. Avropanın tez-tez eşitdiyi tənqid, məhz onların kifayət qədər aqressiv olmamasıdır. Birlikdə hərəkət etdiyimiz zaman güclüyük” – Uitaker bildirir.