Mete Frederiksen – Ən mühümü Avropanı yenidən silahlandırmaqdır, bizim çox vaxtımız yoxdur, müdafiə və çəkindirmə üçün çoxlu pul xərcləmək lazımdır

16:32, 06.03.2025

 

Ən mühümü Avropanı yenidən silahlandırmaqdır, ona görə də müdafiə və çəkindirmə üçün çoxlu pul xərcləmək lazımdır – bu haqda Danimarkanın Baş naziri Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti başlamazdan əvvəl açıqlayıb.

O bildirib ki, bununla yanaşı Ukraynaya dəstək davam etdirilməlidir.

“Mənim üçün ən mühümü Avropanı yenidən silahlandırmaqdır. Düşünürəm ki, bizim çox vaxtımız yoxdur, ona görə də müdafiəyə və çəkindirməyə xərcləməliyik, xərcləməliyik, xərcləməliyik. Bu, ən mühüm mesajdır və bununla yanaşı Ukraynaya dəstək davam etdirilməlidir, çünki biz Avropada sülh istəyirik və davamlı sülhü irəli çəkmədən bunu etmək imkansızdır” – Mete Frederiksen bildirib.

Oxşar