Mete Frederiksen – Amerika Birləşmiş Ştatları Qrenlandiyaya qəbuledilməz təzyiq göstərir

18:01, 25.03.2025

 

Amerika Birləşmiş Ştatları Qrenlandiyaya qəbuledilməz təzyiq göstərir – bu haqda Danimarkanın Baş naziri Mete Frederiksen bildirib. Bu həftə ABŞ-nin yüksək səviyyəli nümayəndə heyətinin muxtar əraziyə səfəri Danimarkanın Baş nazirinin narahat olmasına səbəb olub.

Cümə axşamından şənbə günü də daxil olmaqla davam edəcək səfərə ABŞ-nin vitse-prezidenti Cei Di Vensin həyat yoldaşı Uşa Vens rəhbərlik edəcək. Həmçinin, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və enerji katibi Kris Rayt nümayəndə heyətinin tərkibinə daxildir.

“Deməliyəm ki, bu vəziyyətdə Qrenlandiya və Danimarkaya təzyiq qəbuledilməzdir. Bu, bizim müqavimət göstərəcəyimiz təzyiqdir” – Danimarkanın Baş naziri bildirib.

Oxşar