Mətbuatda yayılan məlumata görə, oktyabrın 8-də Misirdə İsrail və “Həmas” arasında keçirilən danışıqlara Stiv Uitkof və Cared Kuşner qoşulacaqlar

20:44, 07.10.2025

Misirdə İsrail və “Həmas” arasında aparılan sülh danışıqlarının birinci raundu başa çatıb.

Qısa fasilədən sonra tərəflər yerli vaxtla saat 19:00-da danışıqları bərpa edəcəklər və beş əsas məsələni müzakirə edəcəklər. Bu məsələlərə daxildir: müharibənin dayandırılması, israilli girovların və fələstinli məhbusların azad olunması, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması, humanitar yardımın təmin edilməsi və Qəzza zolağının müharibədən sonrakı idarəçiliyi.

Həmçinin məlum olub ki, oktyabrın 8-də danışıqlara ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Donald Trampın kürəkəni Cared Kuşner də qoşulacaqlar.

Oxşar