“Meta” uşaqlar üçün sosial şəbəkələrin vurduğu zərər işi üzrə 16.68 milyard dollar ödəməyə və platformalarda “mühüm dəyişikliklər” etməyə razılaşıb

19:41, 26.08.2026

 

“Meta” uşaqlar üçün sosial şəbəkələrin vurduğu zərər işi üzrə 16.68 milyard dollar ödəməyə razılaşıb.

Qeyd olunan iş üzrə “Meta” şirkəti ABŞ-nin 29 ştatı ilə razılıq əldə edib və platformalarda mühüm dəyişikliklər həyata keçirməyə razılaşıb.

Məsələ “Meta”nın sosial şəbəkələri uşaqlar və yeniyetmələr arasında asılılığı artıracaq şəkildə yaratması, istifadəçiləri platformaların təhlükəsizliyi haqqında yanıltması və yetkinlik yaşına çatmayanların fərdi məlumatlarını müvafiq icazə olmadan toplaması ilə bağlı ittihamlara aiddir.

Razılaşma çərçivəsində “Meta” “Facebook” və “Instagram”da yeniyetmələr üçün tətbiqlərdən istifadə qaydalarını dəyişməlidir. Söhbət gündəlik limitdən və tətbiqlərin gecə vaxtı istifadəsindən gedir. Həmçinin, yaş məhdudiyyəti olan məzmunlara yetkinlik yaşına çatmayanların daxil olmasına nəzarəti gücləndirməlidir.

“Meta”dan başqa, “Snapchat”ın sahibi “Snap”, “YouTube”un sahibi “Alphabet” və “TikTok”un sahibi “ByteDance” də analoji məhkəmə çəkişmələri ilə üz-üzədir.

Oxşar