“Meta” şirkəti sosial platformalarda faktların yoxlanılması proqramını ləğv etməyi planlaşdırır – Fakt yoxlayıcıları siyasi cəhətdən qərəzli idilər və yaratdıqlarından daha çox inamı məhv etdilər

19:32, 07.01.2025

 
Meta şirkəti öz sosial platformalarında – “Facebook”, “Instagram” və “Threads”də faktların yoxlanması proqramını və ifadə azadlığına tətbiq olunmuş məhdudiyyətləri ləğv etməyi planlaşdırır, onun əvəzinə isə İlon Maskın X platformasında istifadə etdiyinə bənzər “İctimai Qeydlər” (Community Notes) sistemini tətbiq etmək niyyətindədir.

Şirkətin təsisçisi Mark Zukerberq bildirib ki, mövcud moderasiya təcrübəsi xüsusi seçilmiş təşkilatlar və qruplar tərəfindən faktların yoxlanmasına əsaslanır. Ancaq bu cür təşkilatlar ola bilsin siyasi cəhətdən qərəzli idilər və nəticədə fayda vermək əvəzinə, etibarı məhv etdilər.

Faktların yoxlanılması sistemi 2016-cı ildə istifadəyə verilib və sosial şəbəkələrdə məzmunu idarə etmək və platformalarda dezinformasiyanın yayılmasına qarşı istifadə edilirdi.

“Tramp 2016-cı ildə ilk dəfə prezident seçildikdən sonra ənənəvi media dezinformasiyanın demokratiyaya necə təhlükə yaratdığı haqqında davamlı olaraq yazırdı. Biz həqiqətin arbitrinə çevrilmədən bu problemləri yaxşı niyyətlə həll etməyə çalışdıq, lakin fakt yoxlayıcıları siyasi cəhətdən qərəzli idilər və yaratdıqlarından daha çox inamı məhv etdilər, xüsusilə ABŞ-da. Belə ki, növbəti iki ay ərzində biz daha əhatəli “İctimai Qeydlər” sistemini tətbiq etməyi planlaşdırırıq. İkincisi, biz məzmun siyasətimizi sadələşdirmək və immiqrasiya və gender kimi mövzular üzrə əsas müzakirələrdən ayrılmış məhdudiyyətləri aradan qaldırmaq niyyətindəyik. Daha çox inklüzivlik üçün hərəkat kimi başlayan bu şey getdikcə düşüncə və fərqli baxışları olan insanların səsini boğmaq üçün istifadə olunurdu və bu, həddən artıq irəli gedib. Beləliklə, insanların inanclarını və təcrübələrini platformalarımızda paylaşa bilməsinə əmin olmaq istəyirəm” – Zukerberq bildirib.

Zukerberq, Amerika şirkətlərini hədəf alan və daha çox senzura tətbiqini dəstəkləyən hökumətlərə qarşı çıxmaq üçün Prezident Trampla işləmək niyyətində olduğunu söyləyib.

Oxşar