Məsud Fəzeşkian – Binaların və zavodların dağıdılması bizim üçün problem yaratmayacaq, Tehran öz nüvə obyektlərini daha güclü şəkildə bərpa edəcək
Məsud Fəzeşkian – Binaların və zavodların dağıdılması bizim üçün problem yaratmayacaq, Tehran öz nüvə obyektlərini daha güclü şəkildə bərpa edəcək

Tehran öz nüvə obyektlərini daha güclü şəkildə bərpa edəcək – bunu İranın prezidenti Məsud Fəzeşkian İranın dövlət mediasına bildirib.

Fəzeşkian nüvə obyektlərinin bərpası haqqında ölkənin Atom Enerjisi Təşkilatına səfəri zamanı danışıb. Bununla yanaşı, o, İranın nüvə sənayesinin baş menecerləri ilə də görüşüb.

“Binaların və zavodların dağıdılması bizim üçün problem yaratmayacaq, biz onları daha güclü şəkildə bərpa edəcəyik. Bütün bunlar xalqın problemlərini, xəstəliklərini və sağlamlıq məsələlərini həll etmək üçün nəzərdə tutulub,” – İran prezidenti dövlət mediasına bildirib.

Məlumat üçün, Donald Tramp İrandan dəfələrlə xəbərdarlıq edib ki, əgər Tehran iyun ayında ABŞ tərəfindən bombalanmış obyektlərin fəaliyyətini yenidən bərpa etməyə çalışsa, İranın nüvə obyektlərinə yeni hücumlar həyata keçiriləcək.