Mestiya munisipalitetini tərk edən vətəndaşlar, məcburi karantindən keçəcəklər
Mestiya munisipalitetini tərk edən bütün vətəndaşlar, məcburi karantindən keçəcəklər, – bu barədə idarələrarası koordinasiya şurasının operativ qərargahının rəhbəri, Aleksandre Xocevanişvili brifinqdə bəyan etdi.
Elə onun məlumatına görə, koronavirusun geniş şəkildə yayılmasının qarşısının alınması məqsədi ilə, müvafiq idarələr munisipalitetin bütün qəsəbələrindən turistləri karantin zonalarına keçirəcəklər.
Bu gün məlum oldu ki, koronavirisun yeni hallarına görə, Mestiya munisipaliteti bağlandı.
Həmçinin Daba Mestiya və Daba Mestiya kəndləri arasında hərəkət də qadağan edildi.