Mestiya munisipaliteti bağlandı, Daba Mestiada, Uşqulidə və Lencerdə karantin məhdudiyyətləri fəaliyyət göstərəcək
Mestiya munisipaliteti bağlandı, Daba Mestiada, Uşqulidə və Lencerdə karantin məhdudiyyətləri fəaliyyət göstərəcək

Koronavirus ilə bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurasının qərarı ilə, virusun yayılmasının maksimal olaraq dayandırılması məqsədilə, Daba Mestiada, Uşqulidə və Lencerdə karantin məhdudiyyətləri fəaliyyət göstərəcək. Bununla yanaşı intensiv olaraq epidemioloji yoxlamalar və əhalinin kütləvi testləşdirilməsi həyata keçiriləcək, – bu barədə idarələrarası koordinasiya şurası tərəfindən yayılan məlumatda deyilir.

Elə onların mlumatına görə, Mestiya munispalitetinə giriş-çıxış məhdudlaşdırılır. Buna isə, patrul polisi və hüquqmühafizə orqanları nümayəndələri nəzarət edəcəklər. Həmçinin Daba Mestiya və Daba Mestiya kəndləri arasında hərəkət qadağan edilir.

Bundan başqa, Daba Mestiada, Uşqulidə və Lencerdə yalnız apteklər, bank müəssisələri, ərzaq mağazaları və açıq tipli qida müəssisələri fəaliyyət göstərə biləcəklər.

İdarələrarası koordinasiya şurasının məlumatına görə, Mestiya munisipalitetinin Lenceri və Daba Mestiya kəndində götürülən 30 analizdən 16 halında koronavirus təsdiq olundu.