Meşədən istifadə qaydalarında dəyişikliklər (VİDEO)

Ağacların qeyri-qanuni şəkildə kəsilmə hallarınının artmasını azaltmaq üçün  meşə islahatı başlayır. Məhdudiyyətlər ilk mərhələdə, sosial təyinatı olan  odun və ağac materialları istifadəsinə aid olacaq. Daha dəqiq isə, kənd sakinləri meşədə, bələdiyyə tərəfindən  yerli sakinlər üçün ayrılmış ərazilərdən ağac materialları əldə edə bilməyəcəklər. Statistika göstərir ki, yalnız 2017-ci ildə meşədə agacların qeyri-qanuni şəkildə kəsilməsinin 1700-dən çox faktı və 1400  ağac materiallarının daşınması hadisəsi qeydə alınıb. Bu, kokret rayon və ya ailələr üçün ayrılmış ağac materiallarının başqa ünvana çatdığını göstərir.

Hazırladılar: Maka Xarazişvili, Leyla Əkbərova, Rabil İsmayılov