Meşə Xidmətinin əməkdaşları Tsağveridə dövlət meşəsinin ərazisində böyük həcmdə ağac materialından qanunsuz istifadə faktını aşkarlayıblar
Meşə Xidmətinin əməkdaşları Tsağveridə dövlət meşəsinin ərazisində böyük həcmdə ağac materialından qanunsuz istifadə faktını aşkarlayıblar

 

Samtsxe-Cavaxetinin Meşə Xidmətinin əməkdaşları Tsağveridə dövlət meşəsinin ərazisində böyük həcmdə ağac materialından qanunsuz istifadə faktını aşkarlayıblar.

Milli Meşə Agentliyinin məlumatına əsasən, yerli sakin iynəyarpaqlı ağac növünə aid 6 kubmetr həcmində birinci dərəcəli tikinti materialı olan oduncağı qanunsuz şəkildə əldə edib.

Onların məlumatına əsasən, qanun pozucusu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, qanunsuz yolla əldə olunmuş ağac materialı isə sonrakı istifadə məqsədilə Tsağverinin “fəaliyyət sahəsinə” aparılıb.

“Qeyd etmək lazımdır ki, qanun pozuntularının qarşısını almaq məqsədilə, Milli Meşə Agentliyinin idarəçiliyinə tabe olan dövlət meşəsinin bütün perimetrində foto tələlər də yerləşdirilib, bu isə Meşə Xidmətinin əməkdaşlarının patrul xidməti ilə birlikdə təbii resurslardan qanunsuz istifadəni aşkarlamaq imkanı yaradır” – Milli Meşə Agentliyinin məlumatında deyilir.