Mərkəzi Texasda daşqın nəticəsində həlak olanların sayı 100-ü keçib, fəlakət zonasındakı axtarış-xilasetmə işləri davam edir
Mərkəzi Texasda baş vermiş daşqın nəticəsində həlak olanların sayı 100-dən çoxdur, itkin düşənlər də var.
Fəlakət zonasındakı axtarış və xilasetmə işləri davam etdirilir. Həlak olanlar arasında qızlar üçün yay düşərgəsində istirahət edən 27 uşaq və düşərgə işçiləri də var. On qız uşağı hələ də itkindir.
Qurbanlardan 84 nəfər Kerr qraflığında dünyasını dəyişib. Bu ərazidə güclü yağışlar nəticəsində Guadalupe çayı daşaraq fəlakətə səbəb olub. Sinoptiklər yaxın günlərdə Texasda daha çox yağıntı olacağını proqnozlaşdırırlar.
ABŞ prezidenti Donald Tramp bu həftə Texasa səfər etməyi planlaşdırır. Bu arada, Ağ Ev Milli Meteorologiya Xidmətinin maliyyələşdirilməsinin azaldılmasının fəlakətə reaksiyanı gecikdirdiyinə dair ittihamları rədd edir.