Mərkəzi Seçki Komissiyasının üzvləri 4 oktyabr seçkiləri üçün Etika Məcəlləsini imzalayıblar
Mərkəzi Seçki Komissiyasının üzvləri 4 oktyabr seçkiləri üçün Etika Məcəlləsini imzalayıblar

 

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri bu gün munisipalitet orqanlarının 4 oktyabr seçkiləri üçün Etika Məcəlləsini imzalayıblar.

Məlumatı MSK yayır.

Onların məlumatına əsasən, komissiyanın üzvləri Etika Məcəlləsini imzalamaqla razılaşırlar ki, öz funksiyalarını yerinə yetirərkən məcəllədə yazılan prinsiplərə uyğun hərəkət edəcəklər, bu da qanuna hörmət, siyasi neytrallığın qorunması, fəaliyyətin vicdanla, müstəqil, qərəzsiz, obyektiv və şəffaf aparılması deməkdir. Həmçinin yüksək peşəkarlıq standartına və kollegiallığa.

“Qeyd etmək lazımdır ki, Seçki Administrasiyasının bütün səviyyələrindəki seçki komissiyasının üzvləri artıq illərdir seçkilərin təyin olunmasından sonra Etika Məcəlləsini imzalayırlar. Məcəllədə yazılan siyasi neytrallığa əməl edilməsinin yüksək etik standartı Seçki Administrasiyasına və ümumilikdə seçki prosesinə cəmiyyətin etimadının daha da artması və möhkəmlənməsinə kömək edəcək və onu təmin edəcək.

Etika Məcəlləsinin imzalanması bir neçə mərhələdə həyata keçiriləcək. bu gün məcəlləni Mərkəzi Seçki Komissiyasının üzvləri imzalayıblar, sonrakı mərhələdə isə dairə və məntəqə seçki komissiyalarının üzvləri qeyd olunan sənədi imzalayacaqlar” – MSK tərəfindən yayılmış məlumatda qeyd olunub.