Mərkəzi Seçki Komissiyası binası qarşısında aksiya keçirilir (foto)
Mərkəzi Seçki Komissiyası binası qarşısında aksiya keçirilir (foto)

Tbilisidə, Parlament qarşısında keçirilən aksiya iştirakçılarının bir hissəsi Mərkəzi Seçki Komissiyası binası qarşısına keçdi. Aksiya iştirakçıları Rustaveli prospektindən MSK-nın binasına yürüşlə getdilər.

Aksiya Parlament qarşısında, müxalif partiya nümayəndələrinin təşkilatçılığı ilə saat 15:00-dan keçirilirdi. Günün sonunda, Rustaveli prospektinə toplaşanlara “Milli Hərəkatın” liderlərindən biri, Nika Meliya müraciət etdi. Onun bəyan etdiyinə görə, müxalif partiyaların qərarı ilə, aksiya iştirakçılarının bir hissəsi MSK qarşısına keçir və binaya heçkimə daxil olmağa imkan verməyəcək, yeni seçkilərin təyin olunmamasına qədər.

Nika Meliyanın dediyinə görə, hakimiyyətin saat 20:00-a qədər vəxtı var idi ki, güzəştə gedəydi. Bu günki aksiyada, müxalifətin nümayəndələri Bidzina İvanişvilidən MSK-nın sədri, Tamar Jvaniyanın stefaya göndərilməsini tələb etdilər və bunun üçün vaxtı saat 20:00-a qədər verdilər. Bundan sonra aksiya, Mərkəzi Seçki Komissiyası binası qarşısına keçdi.

MSK binası qarşısına patrul polisi səfərbər olunub.