Mərkəzi Seçki Administrasiyası Tetritsğaro və Qori rayon məhkəmələrinin qərarından Apellyasiya Məhkəməsinə şikayət edəcək
Mərkəzi Seçki Administrasiyası Tsalka və Tetritsğaro munisipalitetlərində seçki məntəqəsinin nəticələrinin ləğvi barədə Tetritsğaro Rayon Məhkəməsinin qərarına münasibət bildirir.
Hakim sözügedən qərarla №25 Tsalkanın Seçki Dairəsinə daxil olan 18 seçki məntəqəsinin və №26 Tetritsğaronun Seçki Dairəsinə daxil olan 13 seçki məntəqəsinin nəticələrini ləğv etdi.
“Seçki Administrasiyası Tetritsğaro Rayon Məhkəməsinin Tsalka və Tetritsğaro munisipalitetlərinin yuxarıda qeyd olunan seçki məntəqələrinin nəticələrinin ləğvi barədə qərarını əsassız hesab edir və qərarla razılaşmır. Bununla yanaşı, sözügedən qərar eyni məsələ ilə əlaqədar birinci instansiya məhkəmələrində aparılan bütün digər məhkəmə çəkişmələrinə (dava) açıq şəkildə ziddir.
Müvafiq olaraq, Tetritsğaro Rayon Məhkəməsi tərəfindən noyabrın 4-də qəbul edilmiş qərardan Apellyasiya Məhkəməsinə şikayət ediləcək. Dairə seçki komissiyaları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada apellyasiya şikayətləri təqdim ediləcək.
Bununla yanaşı, Seçki Administrasiyası tərəfindən Qori Rayon Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə artıq şikayət edilib, məhkəmənin qərarına əsasən, №32 Qorinin Dairə Seçki Komissiyasına həmin dairəyə daxil olan 15 seçki məntəqəsinin etibarsız sayılmış bülletenlərinin yenidən sayılması tapşırılıb.
İctimaiyyətin nəzərinə çatdırırıq ki, səsvermənin məxfiliyini xüsusi çərçivə forması təmin edir, onun təlimata uyğun istifadəsi də seçicinin iradəsinin müəyyən edilməsini istisna edir. Seçki bülleteninin arxasında marker işarəsi, olması halında, çərçivə formasının təyinatını nəzərə alaraq, iradəni müəyyən edən hesab edilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, bu məsələ ilə əlaqədar səsvermə və ertəsi gün ölkə miqyasında cəmi 7 şikayət təqdim edilib və heç bir beynəlxalq təşkilatın rəyində seçimin gizliliyinin pozulmasından təsdiqlənmiş şəkildə bəhs edilməyib” – MSK-dan bildiriblər.