Mərkəzi maqistralda yol qəzasında iki nəfər öldü
Mərkəzi maqistralda yol qəzasında iki nəfər öldü

Mərkəzi maqistralda Kareli-Ruisi hissəsində yol qəzası baş verdi. Bir-birilə mikroavtobus və minik avtomobili toqquşdu.

Hadisə nəticəsində iki nəfər yerindəcə dünyasını dəyişdi və bir nəfər xəsarət aldı.

Hadisə yerinə təcili tibbi yardım və xilasetmə xidməti səfərbər olunmuşdur. Ekspert-kriminalistlər işlərini davam etdirlər.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsi ilə başladı.