Mərkəzi Kriminal Polisın Acara Baş İdarəsinin əməkdaşları külli miqdarda narkotik maddə müsadirə ediblər, bir nəfər saxlanılıb
Mərkəzi Kriminal Polisın Acara Baş İdarəsinin əməkdaşları külli miqdarda narkotik maddə müsadirə ediblər, bir nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması və satışına kömək etmək ittihamı ilə Rusiya Federasiyası vətəndaşı, 1990-cı il təvəllüdlü M.K.-nı Batumidə saxlayıblar.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərinə və müvəqqəti yaşadığı evə baxış keçirərkən, həmçinin istintaq eksperimenti zamanı onun göstərdiyi yerlərdən maddi sübut kimi satış üçün hazırlanmış 17 bağlama narkotik vasitə “haşiş” və narkotik vasitənin qablaşdırılması üçün lazım olan materiallar götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsi və 5-ci hissəsinin “a” bəndi ilə aparılır ki, bu da 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.