Mərkəzi Cinayət Polisinin Acara Baş İdarəsinin əməkdaşları “qırmızı bülletenlə” axtarışda olan şəxsi saxlayıblar

11:29, 24.02.2026

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Acara Baş İdarəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzinin əməkdaşları İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı – 1996-cı il təvəllüdlü H.O.-nu saxlayıblar.

Saxlanılan H.O. Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında, müxtəlif ağır cinayətlər törətdiyinə görə İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları H.O.-nu aparılan istintaq hərəkətləri nəticəsində Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır.

Gürcüstanın Daxili İşlər Nazirliyi məlumatı yayır.

Oxşar