Mərkəzi avtomaqistralın Qori-İqoeti hissəsində yol qəzası nəticəsində altı nəfər xəsarət aldı
Mərkəzi avtomaqistralın Qori-İqoeti hissəsində yol qəzası nəticəsində altı nəfər xəsarət aldı.
Xəsarət alanları Kaspi xəstəxanasına yerləşdirdilər. Xəsəxananın həkiminin Birinci Kanala bildirdiyinə görə, onların həyatı təhlükədə deyil.
“Kaspi xəstəxanasına altı nəfər gətirildi. İkisinin durumu orta ağırdır, geridə qalanların kafidir. Onların heç birinin həyatı təhlükədə deyil. Bir nəfərin bu gün evə braxılmasını planlaşdırırıq. O, xəstəxananı müvafiq müaindən sonra tərk edəcək”, – Kaspi xəstəxanasının həkimi, Mamuka Korinteli bəyan etdi.
Qori-İqoeti hissəsində, üç müxtəlif nöqtədə bir-biri ilə 25-ə qədər avtomobil toqquşdu.
Hadisə yerinə təcili tibbi yardım qrupları səfərbər olunmuşdu.