Meriyanın məlumatına əsasən, Dadiani küçəsinin müəyyən hissəsində ictimai nəqliyyatın hərəkət sxemində müvəqqəti dəyişikliklər edilib
Nadzaladevi rayonunda Tsotne Dadiani küçəsində Revaz Uridia və Nikoloz Xudadov küçələri arasında mövcud yol hissəsində hərəkət edən ictimai nəqliyyatın sxemində müvəqqəti dəyişiklik edilib. Bu barədə məlumatı Tbilisi Meriyası yayır.
Meriyanın məlumatına əsasən, profilaktik tədbirlər səbəbilə ictimai nəqliyyat alternativ marşrutlara yönləndirilib.
“Sözügedən ərazidə bir neçə gün əvvəl yaşayış evinin döşəməsi çökdü, bu səbəbdən təxirəsalınmaz işlər bu vaxtadək davam etdirilir. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hadisə yeri metal hasarla əhatə olunub və avtonəqliyyatın hərəkəti müvəqqəti qadağan edilib.
Profilaktik tədbirlər səbəbilə ictimai nəqliyyat alternativ marşrutlara yönləndirilib. Xüsusilə, 12 metrlik N323, N317, N370 və N395 avtobusları Davit Quramişvili prospektindən Tornike Eristavi küçəsinə doğru hərəkət edirlər, Tsereteli prospektindən keçməklə isə Stansiya meydanına qoşulurlar; N323 və N395 Stansiya meydanından hərəkəti Pirosmani küçəsi ilə davam etdirəcəklər və Qiorqi Çitaia küçəsinə qoşulurlar, bundan sonra da müəyyən edilmiş sxem üzrə hər iki istiqamətdə hərəkət edirlər.
8 metrlik avtobuslara gəlincə, N333, N362 və mikroavtobuslar – N416, N436, N507 və N517 Tsotne Dadiani küçəsindən hərəkət edərkən, Revaz Uridia küçəsinə daxil olurlar, oradan Erosi Mancqaladze küçəsinə hərəkət edirlər. Bundan sonra Xudadov küçəsində sağa dönməklə yenidən Dadiani küçəsinə qoşulurlar (keçid körpüsü adlanan yerdə) və müəyyən edilmiş marşrutlar üzrə hərəkəti davam etdirirlər.
Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir!” – məlumatda qeyd olunub.